Dünya

“Xamenei ömrünün son günlərində bu addımı atmaq istəmir” – İranda nə baş verir?

Ötən gün əxlaq polisinin ləğv olunması ilə bağlı İranın Baş Prokuroru Məhəmməd Cəfər Müntəziri bəyanat yaysa da, digər rəsmi qurumlar məlumatı hələ təsdiq etməyib. Ona görə də insanlar bu xəbərə inanmağın nə dərəcədə düzgün olduğunu müəyyənləşdirə bilmirlər. İran Xarici İşlər Naziri Hüseyn Əmirabdullahian isə buna cavab verməkdə çətinlik çəkir.

Qonşu ölkədə nə baş verir?

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, İran rejimi həqiqətən idarəetməni itirib və iğtişaşlar qarşısında nə etmək lazım olduğunu qərarlaşdıra bilmir:

“Onların qarşıdurmanı aradan qaldırmaq üçün atdığı addımların heç biri hədəfə dəymir və tezliklə sonlarının yaxınlaşdığını dərk edirlər. Ali dini rəhbər isə səhhətində yaranan problemlərlə bağlı ölkədə gedən proseslərə vaxtında reaksiya vermək imkanından məhrumdur. Əxlaq polisinin ləğv olunması ilə bağlı məsələyə onun aydınlıq gətirəcəyini gözləyirlər. O isə gözləmə mövqeyindədir və başa düşür ki, nümayişlərin davam etdiyi şəraitdə bu qurumun ləğv olunması sonradan hicabı vacib edən qanunun da ləğv olunmasına gətirib çıxara bilər. Hicabın aradan qaldırılmasının İranı Avropa ölkəsinə çevirəcəyi isə şübhəsizdir”.

Müsahibimiz qeyd edib ki, Ayətulla Seyid Əli Xamenei ömrünün son günlərində İran tarixinə hicabı ləğv edən dini lider kimi düşmək istəmir: “Onsuz da əxlaq polisinin ləğv olunması istənilən nəticəni verməyəcək. İğtişaşların qarşısını almaq üçün hazırda dekorativ manevrlər yetərli deyil”.

Günay Rəsulqızı

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button