Dünya

Ankaradan SƏRT İTTİHAM: “Vaşinqton Ərdoğana imkan vermir ki…”

ABŞ Ukrayna savaşında sülh istəmir.

Bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Erhan deyib. O, Vaşinqtonun Putinlə Zelenski arasında görüşün təşkil edilməsinə mane olduğunu söyləyib:

“ABŞ iki lider arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təşkil oluna biləcək şəxsi görüşün qarşısını alır. Çünki onların görüşü Qərbin maraqlı olmadığı sülh danışıqlarına gətirib çıxaracaq. Onlar mümkün olan ən uzun müharibəni istəyirlər, ukraynalıların gələcəyi, sülh haqqında düşünmürlər”.

Ç.Erhan əlavə edib ki, ABŞ prosesə müdaxilə etməsə, Türkiyə prezidenti  Rusiya-Ukrayna danışıqlarını təşkil edə bilərdi.

Qeyd edək ki, son zamanlar Vaşinqton və Qərb müttəfiqləri münaqişəni uzatmaq üçün Kiyevə silah verməkdə ittiham olunur.

Günay Rəsulqızı

sfera.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button