Dünya

Papa müsəlmanlar üçün müraciət etdi

Papa müsəlmanlar üçün müraciət etdiRoma papası Fransisk Avropanın hər bir katolik prixodunu bir qaçqın ailəsinə sığınacaq verməyə çağırıb.

Papa Fransisk Vatikanın bu məsələdə nümunə göstərəcəyini deyib.

\”Hər bir prixod, hər bir dini icma, hər bir monastır, hər bir sığınacaq bir qaçqın ailəsinə yiyə durmalıdır\”, – deyə pontifik bildirir.

Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropaya kəskin miqrantaxını üzündən miqrant böhranı yaranıb.

Bu il Avropa Birliyi ölkələrinə yüz minlərlə qaçqın gəlib. Yalnız keçən şənbə Münhen vağzalına 7 min nəfər gəlib.

Hazırda Balkan ölkələrindən – Yunanıstan, Makedoniya və Serbiyadan keçməklə Macarıstanın cənub sərhədlərinə yeni miqrant partiyası gəlir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button