Dünya
Ərdoğan iqtidarı Türkiyədəki şəhər adlarını dəyişmək istəyir
Türkiyənin Manisa şəhərinin adı Saruhana dəyişdirilə bilər.
ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə baş nazirinin müavini Bülənt Arınç bildirib.
Onun sözlərinə görə, şəhərin adı tarixin müəyyən dövrlərində Saruhan olub. Amma baş nazirin müavini bildirib ki, şəhərin adının dəyişdirilməsi üçün buna əhali qərar verməlidir.
“Deyirdilər ki, “bəzi vilayətlərin adı dəyişsə nə olar?” Düşünün, bir qərar verin. Əgər Hakkarinin əhalisi vilayətin adını “Çöləmerik”ə dəyişmək istəyirsə, düşünəcəyik”, – deyə Bülənt Arınç vurğulayıb.
Baş nazirin müavini Diyarbəkirin də adının dəyişdirilə biləcəyini vurğulayıb.