Dünya

ABŞ-da təyyarə yaşayış evinin üstünə düşüb, ölənlər var

ABŞ-da təyyarə yaşayış evinin üstünə düşüb, ölənlər varAmerika Birləşmiş Ştatlarının Merilend ştatında yüngül təyyarənin yaşayış evinin üstünə düşməsi nəticəsində ən azı 3 nəfər həlak olub.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, həlak olanlar təyyarənin pilotu və sərnişinlərdir.

Təyyarənin düşdüyü yerdə heç kim olmasa da, bina tamamilə dağılıb. Üstəlik, hadisə yerində başlayan yanğın iki qonşu yaşayış binasına zərər vurub. Şahidlərin dediklərinə görə, təyyarə yaxınlıqdakı aeroporta çatmamış qəflətən yerə düşüb. Polis və ABŞ-ın nəqliyyatda təhlükəsizlik üzrə milli bürosu faktla bağlı araşdırmalara başlayıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button