Dünya

İmran Xan həbs olundu

Pakistanın keçmiş Baş naziri İmran Xan həbs edilib.

Pakistanın “Geo TV” telekanalı Xanın korrupsiya işi ilə bağlı İslamabad məhkəməsi tərəfindən nəzarətə alındığını bildirib.

Telekanalın məlumatına görə, siyasətçi İslamabad Ali Məhkəməsində ona qarşı qaldırılan bir neçə iş üzrə zaminə çıxmaq niyyətində olduğu Əl-Qadir Trust işi üzrə dinləmələrdən sonra həbs edilib.

Qeyd edək ki, keçmiş Baş nazir daha əvvəl terrorçuluqda ittiham olunub.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button