Dünya
Ərdoğan bu vəzifəni təklif etdi, Bağçalı RAZILAŞMADI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdə qalib gələndən sonra yeni dövrü formalaşdırmaq üçün işlərini davam etdirir.
Sfera.az türk mediasına istinadən bildirir ki, bu çərçivədə Nazirlər Kabinetində yer alacaq adların şənbə günü açıqlanması gözlənilsə də, ölkə başçısı ötən gün MHP sədri Dövlət Baxçalını qəbul edib.
Onların gündəlik proqramlarına daxil edilməyən görüşdən sonra açıqlama verilməyib. Lakin iddialara görə, Ərdoğan bu görüşdə Baxçalıya vitse-prezidentlik təklif edib.
Lakin MHP sədrinin bu təklifdən imtina etdiyi irəli sürülüb.
Günay Rəsulqızı