İŞİD Türkiyənin 2 milyon avrosunu ələ keçirdi
Bir müddət öncə Türkiyənin Mosuldakı baş konsulluğuna hücum edərək 49 nəfəri əsir götürən İŞİD-lə bağlı yeni məlumatlar ortaya çıxıb.
Arqument.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis bölməsində ifadə verən konsulluq işçisinin sözlərinə görə, konsulluğun çatışmaya girmədən boşaldılmasının və təslim olmasının səbəbi, \”Türkiyə müsəlman ölkədir, İŞİD bizə toxunmaz\” düşüncəsi olub.
O bildirib ki, basqın zamanı konsulluqdan 2 milyon avro İŞİD silahlıları tərəfindən ələ keçirilib: \”Basqından sonra Mosuldakı konsul Öztürk Yılmazın kimliyi İŞİD mənsublarından üç gün gizli saxlanılıb. Amma onlar Yılmazın kim olduğunu öyrənəndən sonra konsulluğun içində iki milyon avro olan çantasını ələ keçirdilər. Basqından öncə bütün mühüm sənədlər məhv edildiyindən İŞİD-in əlinə keçməyib\”.
Məlumata görə, 49 girov xilas edildikdən sonra səfir başda olmaqla hamısının tək-tək ifadəsi alınıb və yeni detallar ortaya çıxıb. Ancaq bütün bunlara baxmayaraq, İŞİD-in Türkiyəyə məxsus 2 milyon avronu ələ keçirməsi ilə bağlı MİT və Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən heç bir rəsmi açıqlama verilməyib.