Dünya

“Hillari Klinton mükəmməl prezident olacaq” – Barak Obama

“Hillari Klinton mükəmməl prezident olacaq” - Barak ObamaABŞ dövlət başçısı Barak Obama ABC telekanalına müsahibəsində prezident postuna keçəcəyi deyilən keçmiş dövlət katibi Hillari Klintonun namizədliyindən danışıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Obama Hillari Klintonun “mükəmməl prezident” olacağını deyib.

Onun sözlərinə görə, müntəzəm olaraq Hillari ilə ünsiyyətdə olur və onu dostu hesab edir: “O hər şeydə mənimlə razılaşmır. Lakin bildiyiniz kimi, prezident postuna namizədliyini irəli sürürsənsə, öz şəxsi mövqeyində qala bilərsən”.

Obama həmçinin, növbəti prezidentin Demokratlar Partiyasından seçilməsində maraqlı olduğunu qeyd edib.

Prezindet eyni zamanda hesab edir ki, növbəti seçki kampaniyasında onun rolu təsirli olmayacaq: “Hesab edirəm ki, amerika xalqı artıq yeni avtomobilin qoxusunu almaq istəyir. Onlar nə isə fərqli bir sükan arxsasında oturmaq istəyir”.

Qeyd edək ki, son aylarda Obamanın nüfuzu ABŞ əhalisi arasında rekord səviyyədə zəifləyib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button