Dünya

ABŞ-da işgəncə hesabatı: suda boğma, 180 saat yuxusuz saxlama…

ABŞ-da işgəncə hesabatı: suda boğma, 180 saat yuxusuz saxlama...ABŞ-da 11 sentyabrdan sonra Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) tətbiq etdiyi işkəncələri əks etdirən hesabat açıqlanıb.
Avropa.info xəbər verir ki, Senatın Təhlükəsizlik Komitəsinin rəhbəri Dianne Feinstein MKİ-nin saxladığı əsirlərə qarşı beynəlxalq hüquq normalar xaricində işkəncə metodlarından istifadə etdiyinə dair hesabatı açıqlayıb.
Həm MKİ, həm də sabiq prezident Corc Buş hökuməti 11 sentyabrdan sonra \”qara bölgələr” olaraq adlandırılan mərkəzlərdə terror \”şübhəliləri\”nə qarşı tətbiq olunan sorğu metodları səbəbi ilə böyük tənqidlə üz-üzə qalmışdı.
Feynsteinin açıqladığı hesabat vasitəsilə də ilk dəfə olaraq ictimaiyyət MKİ-nin tətbiq etdiyi işkəncə metodlardan xəbərdar olub.
Təxminən 6000 səhifəlik hesabatın açıqlanan 528 səhifəlik xülasəsində MKİ-nin beynəlxalq hüquq normaları xaricində saxlanılan əsirlərə qarşı işkəncə vermə, sağlamlığa zərər vurma kimi vasitələrdən istifadə etdiyi bildirilir.
Hesabatda Corc Buşun hakimiyyəti vaxtında MKİ-nin gizli sorğu məntəqələrində 119 nəfərə qarşı istifadə olunan işgəncə metodları geniş araşdırılıb.
Hesabatda sorğu proqramını həyata keçirən vəzifəli şəxslərin bəzən Buş hökumətinin təsdiq etdiyi metodlardan kənara çıxdığı da bildirilir. Bununla yanaşı MKİ-nin işkəncə metodları arasında suda boğma, dar bir yerdə saatlarca saxlama, günlərcə yuxudan məhrum etmək, döymə, kiçik qutularda saxlama kimi metodların olduğu bildirilir.
MKİ-nin istifadə etdiyi ən sərt işgəncə metodu kimi əsirlərin 180 saata qədər yuxudan məhrum edilməsi göstərilir.
Bundan başqa, hesabata görə MKİ-nin Avropa və Asiyanın bir çox ölkəsində saxlanılan 119 əsirdən ən azı 26-sının heç bir günahı olmadan işgəncələrə məruz qaldığı qeyd edilir. Qurumun işkəncələr üçün öz əməkdaşlarından başqa iki psixoloqla da əməkdaşlıq etdiyi məlum olub.
Hesabatın 6200 səhifəlik əsli hələ də gizli saxlanılır.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama ölkədə uzun zamandır müzakirə mövzusu olan MKİ-nin işkəncə metodlarına dair açıqlamasında \”Bəzi insanlara işgəncə verdik” deyib. O həmçinin işgəncələrin sabiq prezident Corc Buşun hakimiyyəti dövründə baş verdiyini də söyləmişdi.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button