Dünya

Poroşenko Rusiyanı sərhədi bağlamağa çağırdı

Poroşenko Rusiyanı sərhədi bağlamağa çağırdıUkrayna prezidenti Pyotr Poroşenko Rusiyanı sərhədi bağlamağa, habelə Donetsk və Luqansk vilayətlərindən qoşunları çıxarmağa çağırıb.

APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, Avstraliyada səfərdə olan P. Poroşenko Donbas regionundakı münaqişəyə görə Rusiyanın məsuliyyət danışıdığını bildirib. “Xahiş edirəm, atəşi dayandırın, girovları azad edin, qoşunları ərazimizdən çıxarın”, – deyə o vurğulayıb.

P. Poroşenko qeyd edib ki, əgər Rusiya Ukrayna ilə sərhədi bağlasa, bir neçə həftədən sonra ölkədə sülh və əmin-amanlıq bərqərar olunacaq.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button