Dünya

Türkiyənin də dövlət gerbi olacaq

Türkiyənin də dövlət gerbi olacaqTürkiyənin dövlət gerbi hazırlanacanq.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu təkliflə hakim Ədalət və İnkişaf Partiyası (AKP) çıxış edib.

Təklif qəbul edilərsə, Türkiyə Böyük Millət Məclisində dövlət gerbinin hazırlanması üçün komissiya yaradılacaq. Yeni gerbin dizaynını komissiya müəyyənləşdirəcək.

Osmanlı imperiyası süqut edəndən sonra Türkiyənin dövlət gerbi mövcud olmayıb. 1925-ci ildə gerbin hazırlanması üçün müsabiqəni rəssam Namiq İsmailin hazırladığı, üzərində Bozqurd təsviri olan gerb dizaynı qazansa da, bu gerb qeydə alınmayıb və istifadə edilməyib.

Qeyd edək ki, Türkiyə dünyada dövlət gerbi olmayan azsaylı ölkələrdən biridir. Gerb əvəzinə Türkiyədə ayrı-ayrı dövlət qurumlarının emblemindən istifadə olunur.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button