Polis oyuncaq tapançanı əsli ilə “səhv” salaraq uşağı güllələdi – VİDEO
Amerikada polislərin daha bir «qəhrəmanlığı» üzə çıxıb. Belə ki, hüquq mühafizəçiləri əllərində oyuncaq tapança olan uşağı ölümcül güllələyibər.
Məlumata görə, polislər yoldan keçən təsadüfi sakin tərəfindən çağırılıb. O, hüquq mühafizəçilərə zəng edərək bildirib ki, idman-əyləncə mərkəzinin oyun meydançasının yaxınlığında əlində əsl döyüş avtomatına oxşayan silahlı bir uşaq görüb. Qeyd edək ki, zəng edən şəxs silahın oyuncaq ola biləcəyi ehtimalını da irəli sürüb.
Hadisə yerinə gələn polislər uşaqdan əldlərini yuxarı qaldırmasını istəyib. 12 yaşlı Tamir Rays isə əlini silah olan kəmərə tərəf yaxınlaşdırıb. Bu zaman zabit uşağa 2 dəfə atəş açıb.
Polis bu hərəkətini uşaqdakı silahın üzərindəki tapançanın oyuncaq olduğunu göstərən icbari narıncı cızığın (təhlükəsizlik indikatoru) olmaması ilə əsaslandırıb.
«Təhlükəli və silahlı cani» olan 12 yaşlı uşaq oyuncaq silaha görə qarnından aldığı yara nəticəsində hadisədən bir neçə saat sonra şəhər xəstəxanasında keçinib.(faktxeber.com)