Dünya

Konqres İŞİD-lə müharibəni təsdiq etdi – 584 milyardlıq büdcə

Konqres İŞİD-lə müharibəni təsdiq etdi – 584 milyardlıq büdcəABŞ Konqresi İŞİD-lə mübarizənin genişlədilməsini də əhatə edən 584 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib.

Avropa.info-nun xarici mətbuata istinadən verdiyi məlumatda bildirilir ki, Konqres Suriya və İraq ərazisində İŞİD-ə qarşı əməliyyatların genişlədilməsi üçün nəzərdə tutulan 584 milyardlıq büdcəni təsdiqləyib, 2015-ci ilin 1.1 trilyon dollarlıq büdcəsi isə təsdiqlənməyi gözləyir.

Layihə prezident Barak Obamanın imzası ilə qüvvəyə minəcək. Büdcə layihəsində həmçinin İŞİD-ə qarşı hava hücumları üçün 5 milyard dollar ayrılması, İraqa 1500 -ə qədər canlı qüvvənin göndərilməsi və İraq hökumətinə harbi xərclər üçün 1.6 milyard dollar yardım edilməsi də nəzərdə tutulur.

Layihə həmçinin Pentaqona Suriya müxalifətinə yardım etmək hüququ da tanıyır.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button