Dünya

“Sən heç zorlanmağa da layiq deyilsən”

“Sən heç zorlanmağa da layiq deyilsən” Braziliyalılar siyasətçi-hüquq müdafiəçisi savaşını kino-serial kimi izləyir

“ The Associated Press” agentliyinin Braziliyanın ikinci böyük şəhəri olan Rio de Janeyro-dan verdiyi xəbərdə deyilir ki, ölkə parlamentinin deputatı bir qadın haqqında təhqiramiz ifadə işlətdiyinə görə hüquq müdafiəçiləri tərəfindən kəskin basqılarla üzləşib. Belə ki, hüquq müdafiəçiləri Baş Prokurorluğa müraciət edərək, deputatla bağlı təcili ölçü götürülməsini tələb ediblər.

Rio de Janeyro-dan deputat seçilmiş Cayl Bolsonaro ilə Braziliya Milli İnsan Hüquqları Şurasına bu yaxınlara kimi rəhbərlik etmiş Mario do Rosario arasında münasibətlər əvvəl də gərgin olub. Mario do Rosario çıxışlarının birində Cayl Bolsonaro haqqında deyib ki, o, “qadınları zorlayan” birisidir. Buna cavab olaraq Cayl Bolsonaro bəyan edib ki, Mario do Rosario narahat olmasın, mən onu zorlamaq fikrində deyiləm, çünki o, heç zorlanmağa da layiq deyil.

“ The Associated Press”qeyd edir ki, əhalisi 200 milyon nəfərdən çox olan Braziliyada hər il orta hesabla 527 min dəfə zorlama hadisəsi olur. Ancaq bu hadisələrin yalnız 10 faizi ilə bağlı polisə rəsmi şikayət verilir. Yəni “zorlama” məsələsi Braziliyada son dərəcə ağrılı mövzudur. Və bu mövzudan siyasi müstəvidə istifadə bağışlanılmaz sayılır.

Maraqlıdr ki, Braziliya qanunlarına görə, deputat parlamentdə istədiyi fikri səsləndirə bilər. Ancaq Cayl Bolsonaro bu ifadəni eyni ilə tele-çıxışı zamanı da səsləndirib. Ona görə də onun deputat toxunulmazlığın nəzəri baxımdan ortadan qaldırmaq olar. Bundan xəbərdar olan braziliyalılar siyasətçi-hüquq müdafiəçisi savaşını kino-serial kimi izləyirlər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button