Dünya

ABŞ müdafiə naziri İŞİD-ə görə istefa verdi

ABŞ müdafiə naziri İŞİD-ə görə istefa verdi
ABŞ müdafiə naziri Çak Hagel istefa ərizəsini prezident Barak Obamaya təqdim edib.

Bu haqda “The New York Times” yazır.

Bildirilir ki, prezident müdafiə nazirinin istefasını artıq qəbul edib və Obama bu gün axşam Ağ Evdə Çak Hagellə birlikdə jurnalistlərin qarşısına çıxaraq onun istefasını rəsmən elan edəcək.

Xəbərdə deyilir ki, Ç.Hagelin istefası İŞİD-in təsirinin getdikcə yayılması və ABŞ Müdafiə Nazirliyinin bu qruplaşmaya qarşı hava zərbələri strategiyasının effektiv olmaması ilə əlaqəlidir.

Ağ Ev administrasiyasındakı mənbə Ç.Hagelin istefasını təsdiq edərək deyib ki, İŞİD-ə qarşı mübarizə yeni yanaşma tələb edir.

Qəzet yazır ki, müdafiə naziri postuna əsas namizədlər keçmiş müdafiə naziri Mişel Flurn, senator Cek Rid və müdafiə nazirinin keçmiş birinci müavini Eşton Karter ola bilər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button