Gənc qadın gizlicə stadiona girdi, ölkə qarışdı
Səudiyyə Ərəbistanında futbola hədsiz sevgisi olan gənc bir qadının gizli şəkildə stadiona girməsi ölkəni qarışdırıb.
Virtualaz.org saytı xarici KİV-lərə istinadən xəbər verir ki, bir çox müsəlman ölkələrində olduğu kimi Səudiyyə Ərəbistanında da qadınların futbol və digər oyun növləri üzrə keçirilən matçlar zamanı stadionlara girməsi qadağan olunduğundan bu hadisə adıçəkilən ərəb ölkəsində böyük ictimai rezonans doğurub.
Xəbərə görə, çılğın futbol azarkeşi olan gənc ərəb qadının kişi paltarı geyərək gizlicə stadiona girməsi Səudiyyə hakimiyyətini möhkəm qəzəbləndirib.
Hadisə ötən gün Ciddə şəhərində baş verib. Onu əvvəlcə heç kəs tanımayıb. Sonradan stadionun mühafizə xidməti tribunaların qonaqlara aid hissəsində tək-tənha oturan “qəribə adam”ı sezib və onu saxlayaraq polisə təhvil veriblər. Polis isə öz növbəsində qadını daha yüksək instansiyalara təhvil verib. Ölkədə bu məsələ ətrafında qalmaqal yaranıb. Məsələyə daha yüksək instansiyada dini qurumlar tərəfindən baxılacaq.
Oyuna gəlincə isə gənc qadının azarkeşlik etdiyi komanda 1:0 hesabı ilə qalib gəlib.