Dünya

Polisi avtomobilin altında əzdilər

Polisi avtomobilin altında əzdilər
Meksikanın Qerrero ştatında bir müddət əvvəl 43 tələbənin itkin düşməsi ilə əlaqədar baş qaldıran etirazlar ötən gün də davam edib. Çilpansinqo şəhərində itkin düşən tələbələrin xatirəsinə həsr olunmuş konsert planı etirazçıların qəzəbinə səbəb olub.

Bir qrup fəal yollarda barikadalar quraraq konsertin baş tutmasına qarşı əngəl olmağa çalışıblar. Polisin aksiyaya müdaxiləsi sonda qarşıdurmalarla nəticələnib. Qarşıdurmalar zamanı tərəflər bir-birilərinə qarşı güc tədbiq ediblər. Nəticədə 8-i polis əməkdaşı olmaqla 20 nəfər xəsarət alıb. Xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağır hesab olunur.

Zorakılıqlar zamanı fəallardan biri avtomobilini polisin üzərinə sürüb. 5 polis əməkdaşı avtomobilin altında qalıb.

Sentyabr ayının 26-sında itkin düşən tələbələrin daha sonra öldürüldüyünə dair xəbərlər yayılmışdı. Kütləvi cinayətlə əlaqədar hadisənin baş verdiyi İquala şəhərinin meri də daxil olmaqla çoxlu sayda polis əməkdaşı həbs olunub.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button