Sidneydə kafeni ələ keçirən terrorçu İŞİD bayrağı və baş naziri tələb edir
Avstraliyanın Sidney şəhərinin mərkəzində “Lindt” adlı kafeni ələ keçirən və 30-a qədər müştərini girov saxlayan terrorçu ona İŞİD bayrağı gətirlməsini tələb edir.
Virtualaz.org xəbər verir ki, ABC telekanalı hadisə yerindən canlı yayım verir. Polis bildirir ki, antiterror protokoluna uyğun işləyir, terrorçunun zərərsizləşdirilməsi üçün əməliyyata antiterror bölmələri nəzarət edir. Təfərrüatlar açıqlanmır.
Baş nazir Toni Ebbot hökumətin təhlükəsizlik kabinetinin fövqəladə iclasını keçirib və iclas başa çatdıqdan sonra rəsmi bəyanat yayıb. Bəyanatda terrorçunun hərəkətinin “siyasi motivli” olduğu, hökumətin girovları azad etmək üzərində işlədiyi bildirilir.
Məlumata görə terrorçu baş nazir Toni Ebbotla görüş də tələb edir. O, kafedə üzərində ərəbcə “Allahdan başqa Allah yoxdur, Məhəmməd də onun rəsuludur” sözləri yazılmış qara bayraq qaldırsa da həmin bayrağın İŞİD yox, daha çox “Əl-Qaidə” tərəfindən istifadə edildiyi bildirilir.