Ermənistan parlamentinin təcili toplantısında qalmaqal
Ermənistan parlamentinin bu gün təcili çağrılan iclasında qalmaqal yaşanıb.
ANS PRESS-in məlumatına görə, müxalifət qüvvələri parlament iclasını boykot etməyi qərara alıb. “İrs” partiyasının başçısı Ruben Akopyan bildirib ki, onların həmkarı, Erməni Milli Konqerssinin parlament fraksiyasının katibi Aram Manukyana hücumun istintaqı aparılmayana qədər, onlar gündəlik məsələlərin müzakirəsinə qatılmayacaqlar.
Bu bəyanatdan sonra 4 müxalifət partiyası zalı tərk edib, yalnız “Daşnaksutyun” təmsilçiləri qalıb. 10 dəqiqə sonra onlar da zalı tərk ediblər.
Müxalifət partiyalarının təmsilçilərinin addımı iclasda daha sonra baş verəcəklərlə bağlı ola bilər. Görünür, müxalifət Ermənistan üçün taleyüklü bir sıra məsələlərin müzkirəsində iştirak etməkdən imtina edir.