Dünya

Müxalifətçi deputatı döyən erməni: “Azərbaycanlılar mənə dedi ki, Ermənistanda kişi yoxdur”

Müxalifətçi deputatı döyən erməni: “Azərbaycanlılar mənə dedi ki, Ermənistanda kişi yoxdur”Ötən həftə Erməni Milli Konqresindən olan müxalifətçi deputat Aram Manukyanı prezident Serj Sərkisyanı tənqid etdiyi üçün evinin qarşısında döyən şəxs saxlanılıb və tezliklə azad edilib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, deputatı döyən şəxsin 1973-cü ildə anadan olmuş Arşak Svazyan olduğu müəyyən edilib və o, bazar günü saxlanılıb. Ancaq ifadəsi alındıqdan sonra yaşayış yerini tərk etməmək barədə iltizam alınaraq buraxılıb.

Erməni informasiya resursları dəqiqləşdirib ki, A.Svazyan hakim Respublika Partiyasından olan deputat-oliqarx, “Şmays” ləqəbli Arakel Movsisyanın sürücüsüdür. Rəsmi olaraq o, deputatın işçisi kimi qeydə alınmayıb, ancaq onun maşınlarından birini sürür. Bundan əvvəl A.Svazyanın adı bahalı daş-qaş qaçaqmalçılığı işində keçib.

News.am saytı A.Svazyanın polisə ifadəsindən maraqlı sitatı yayıb və daha sonra izahat vermədən həmin sitatı çıxarıb. Svazyan ifadəsində deputatı döyməsinin səbəblərini izah edərək bildirib ki, qazanc dalınca Rusiyada olanda o, azərbaycanlılarla ünsiyyətdə olub. Guya azərbaycanlılar Svazyana deyiblər ki, Ermənistanda prezidenti təhqir edən müxalifətçi deputatı “başa salmağa” cəsarəti çatan kişi yoxdur.

A.Svazyan isə azərbaycanlıların bu sözlərindən utanıb və deputatın dərsini verməyi qərara alıb.

News.am həmçinin “Şmays”ın hakmiyyəti tənqid edən Qarabağ veteranları və digər müxaliflər haqda bundan əvvəl dediklərini xatırladır.

Arakel Movsisyan deyib: “Bu hücumların arxasında heç nə yoxdur. Hər kəs dediyi sözə görə cavab verməlidir, istər könüllü-veteran olsun, istər sadə vətəndaş və ya məmur. Kim özünü yaxşı apara bilmirsə, biz onu sakitləşdirə bilərik”.

Xatırladaq ki, son günlər Ermənistanda bir-birinin ardınca Sərkisyanı tənqid edən Qarabağ veteranları, keçmiş səhra komandirləri və müxalif fəallar döyülüb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button