Dünya
Sidneydə adamları girov götürən iranlı psixi xəstə çıxdı
Avstraliyanın baş naziri Toni Ebott bildirib ki, Sidneydə adamları girov göyürən şəxs psixi qeyri-sabitliyə və ekstremizmə meyli ilə hökumətin nəzarətində olub. Musavat.com xəbər verir ki, məlumatı “The Daily Mail” yayıb.
“Cinayətkar hölumətə yaxşı tanışdır. Onun keçmişi qəddar cinayətlər, ekstremizmə meyllilik və psixi qeyri-sabitliklə bağlıdır”, – baş nazir deyib.
Qeyd edək ki, Sidneydə adamları girov götürən şəxs 1996-cı ildə Avstraliyada siyasi sığınacaq almış iranlı Men Haron Monisdir. O, əvvəllər seksual zorakılıq və qətldə iştirakda təqsirli bilinib.
Loading...