Dünya
Taliban Pakistanda 500 şagirdi girov götürüb
Taliban Pakistanın Peşaver şəhərində məktəbdə 500 şagirdi girov götürüb.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, ordu və polis qüvvələri məktəbi mühasirəyə alıb. Ordu və terrorçular arasında toqquşma baş verib. Toqquşma nəticəsində 4 şagird ölüb, 30 nəfər yaralanıb.
Pakistan Müdafiə Nazirliyinin mətbuat xidməti şagirdlərin böyük hissəsinin təhlükəsiz şəraitdə arxa qapıdan çıxarıldığını bildirib.
Məktəbdən çıxarılan şagirdlər də bir neçə şagird və müəllimin yaralandığını, bəzilərinin isə öldüyünü söyləyiblər.
Xilasetmə əməliyyatı davam edir.