Dünya

Corc Buşun qardaşı prezidentliyə namizədliyini təsdiqlədi

Corc Buşun qardaşı prezidentliyə namizədliyini təsdiqlədiABŞ-ın sabiq prezidenti Corc Buşun qardaşı Ceb Buş prezidentliyə namizədliyini verəcəyini təsdiqləyib.

O, bunu öz facebook səhifəsində bildirib.

“Mən fəal şəkildə Birləşmiş Ştatların prezident postuna namizədliyimin mümkünlüyünü araşdırmaq qərarına gəlmişəm”, – deyə Floridanın sabiq qubernatoru Ceb Buş bildirib.

Ceb Buş böyük Corc Buşun oğlu, kiçik Corc Buşun qardaşıdır. O, respublikaçılar partiyasından 2016-cı il prezident seçkilərində ən potensial namizəd kimi dəyərləndirilir.

Corc Buş öz növbəsində qardaşına dəstək olaraq onun seçkilərdə Hillari Klintona qalib gələcəyini deyir. Ceb Buşun oğıu da siyasətə üz tutub. Hazırda o Texasın torpaq məsələləri üzrə səlahiyyətlisi seçilib.

Qeyd edək ki, bundan əvvəl hər iki Buşun dövründə Birləşmiş Ştatlar İraqla müharibəyə sürüklənib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button