Dünya

İranlı nazir bir daha bəyan etdi: “İŞİD-i Səudiyyə Ərəbistanı yaradıb”

İranlı nazir bir daha bəyan etdi: “İŞİD-i Səudiyyə Ərəbistanı yaradıb”Səudiyyə Ərəbistanı neftdən əldə etdiyi gəlirləri “İraq və Şam İslam Dövləti” (İŞİD) kimi terror təşkilatının maliyyələşdirilməsinə xərcləyir.

Azvision.az-ın “İRNA” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Silahlı Qüvvələr Qərargahının rəisi general Həsən Firuzabadi bildirib.

General İŞİD-in birbaşa olaraq Səudiyyə Ərəbistanı tərəfindən yaradıldığını bir daha vurğulayıb.

Firuzabadinin sözlərinə görə, İŞİD-ə qarşı ABŞ və Avropa ölkələri tərəfindən koalisiyanın yaradılması taktiki addımdır: “Əslində isə Qərb ölkələri İŞİD-in fəaliyyətini maliyyələşdirir və terror təşkilatının silahlanmasına yardım edir. Səudiyyə Ərəbistanı neft hasilatını artıraraq Qərb ölkələrinin yanacaqla bağlı problemlərinin olmayacağını bildirib. Digər tərəfdən, onların bu addımı neftin qiymətinin aşağı düşməsinə də səbəb olub. Bu isə regionda terrorla mübarizə aparan digər ölkələrə mane olur”.

Firuzabadi iddia edir ki, bununla da Səudiyyə Ərəbistanı region ölkələrinin iqtisadiyyatına 500 milyon dollar dəyərində ziyan vurub.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda \”İslam Dövləti\” İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində \”İslam Xilafəti\” yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button