Dünya

“Kadırovun belə danışmağa haqqı yox idi” – PUTİN

“Kadırovun belə danışmağa haqqı yox idi” - PUTİN“Rusiyada hamı qanunlara hörmət etməlidir. Məhkəmənin qərarı olmadan heç kim günahkar elan edilə bilməz. Lakin bu, heç kimə, o cümlədən Çeçenistan rəhbərinə icazə vermir ki, belə danışsın”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu sözləri Moskvada keçirdiyi ənənəvi brifinqdə Rusiya prezidenti Vladimir Putin “Dojd” telekanalının müxbiri Kseniya Sobçakın “Ramzan Kadırov bəyan edib ki, Çeçenistan ərazisində Rusiya qanunları işləmir. O deyib ki, terror aktlarında iştirak edənlərin qohumları cəzalandırılacaq. Siz bu insanları müdafiə edəcəksinizmi?” sualına cavabında deyib.

Çeçenistan rəhbəri R. Kadırovun emosional çıxışını başa düşdüyünü deyən Rusiya prezidenti çeçen cəmiyyətinin ondan məhz bunu gözlədiyini vurğulayıb. Bununla yanaşı V. Putin Kadırovun belə danışmağa haqqının olmadığını deyib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button