Fakt

Gəncədə ər 29 yaşlı arvadını qablaşdırıb basdırdı -Foto

Gəncədə ər 29 yaşlı arvadını qablaşdırıb basdırdı -FotoGəncə sakini həyat yoldaşını qətlə yetirirək meyitini çay kənarında basdırıb. İki ay sonra üstü açılan qətlin hansı səbəbdən törədildiyi hələlik dəqiq məlum deyil.

Gəncə şəhər Prokurorluğu, Baş Polis İdarəsi və Nizami rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində iki ay əvvəl itkin düşən şəhər sakini 29 yaşlı Esmira Əliyevanı həyat yoldaşı 51 yaşlı Vidayət İsmayılovun qətlə yetirdiyi məlum olub. Vidayət İsmayılov qadını yaşadıqları ünvanda qətlə yetirdikdən sonra izi itirmək məqsədi ilə meyiti Gəncə çayının kənarına apararaq orada basdırıb.

Ədalət Sadıqov- Gəncə şəhər Nizami RPİ-nin rəisi: “Gəncə şəhərində kirayədə yaşadığı Lermantov küçəsi, 13 nömrəli evdə qısqanclıq zəmnində onu qətlə yetirərək xüsusi taxta qaba yerləşdirdikdən sonra əl arabası ilə Gəncə çayının sağ sahilində yarımçıq tiklinin həyətində basdırıb”.

Əvvəllər də bir dəfə məhkumluq həyatı yaşayan Vidayət İsmayılov ikinci qrup əlildir. O, qətlin ailə münaqişəsi zəminində baş verdiyini deyir.

Vidayət İsmayılov- saxlanılan şəxs: “Mənim 51 yaşım var. Araq, çaxır içmirəm. Heç bir psixotrop maddə qəbul etmirəm. Özü o vəziyyətə gətirib çıxartdı”.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button