Fakt

İlham Əliyev tapşırıq verdi: kredit faizləri aşağı salınacaq

İlham Əliyev tapşırıq verdi: kredit faizləri aşağı salınacaqMərkəzi Bank kredit faizlərinin aşağı salınması istiqamətində real tədbirlər görməli olacaq.

Bu tələb prezident İlham Əliyevin fərmanında – 2015-ci ilin dövlət büdcəsi haqqında qanunun tətbiqi barədə fərmanda yer alır.

Prezident Mərkəzi Banka kommersiya banklarının kreditləri üzrə faiz dərəcələrinin aşağı salınmasını, həmin dərəcələrlə Mərkəzi Bankının uçot dərəcəsi arasında fərqin azaldılması istiqamətində əməli tədbirlər görməyi tapşırıb.

Mərkəzi Bankının uçot dərəcəsi 3,5 faizdir. Ancaq ölkə üzrə kreditlərin orta illik faiz dərəcəsi 14,3, istehlak kreditləri üzrə faiz dərəcələri illik 18, təminatsız kreditlərin orta illik faiz dərəcəsi isə 35 faiz təşkil edir (“Media forum”).

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button