Fakt

Gürcüstanın baş naziri Rövnəq Abdullayevlə görüşdü

Gürcüstanın baş naziri Rövnəq Abdullayevlə görüşdüGürcüstanın baş naziri İrakli Qaribaşvili dünən ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Hökumət başçısının mətbuat xidmətindən \”Trend\”-ə deyiblər ki, görüş ARDNŞ-in 2014-cü ildə Gürcüstandakı işlərinin nəticələrinə həsr olunub.

Tərəflər görüşdə \”Cənub Qaz Dəhlizi\” layihəsinin reallaşdırılmasının gedişini müzakirə ediblər. Qeyd edilib ki, bu layihədə Gürcüstana əsas tranzit ölkə qismində baxılır. Layihənin reallaşdırılmasına 2014-cü ilin sentyabrında başlanılıb.

Görüşdə ARDNŞ-in Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn də iştirak ediblər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button