Fakt
Şahin Sultanov: \”Çox söz danışmaq istəmirəm\”
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun ötən gün ev dustaqlığına buraxılmasına münasibət bildirib.
Ş.Sultanov Yeni il ərəfəsində ailəsi ilə bir yerdə olduğu üçün çox sevindiyini deyib: “Hər şey qaydasındadır. Səhhətim də yaxşıdır. Mən çox söz danışmaq istəmirəm. Hazırda mənə qarşı irəli sürülən ittihamlarla bağlı da iş gedir. Ancaq hər şeyi zaman göstərəcək”.
Xatırladaq ki, 2014-cü ilin aprelində həbs edilən Şahin Sultanov dekabrın 25-də həbsdən ev dustaqlığına buraxılıb. O, ötən gün həbsdən çıxan kimi ilk növbədə ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib (publika.az).