Fakt
Bakıda partiya sədrinin qızı oğurlandı
Şah Ismayıl Xətai Adına Azərbaycan Demokrat Partiyasının sədri Babək Ədalətlinin qızını nəməlum şəxslər oğurlayıb.
Bu barədə xəbəri azadliq.info-ya hazırda həbsdə olan partiya sədrinin oğlu Emil Ədalətli verib.
Emil Ədalətlinin bildirdiyinə görə, 24 dekabr saat 18:00-da bacısı işlədiyi uşaq bağçasından çıxıb evlərinə gedərkən Səbayel rayonu ərazisində dörd nəfər nəməlum şəxs onun başına torba keçirərək oğurlayıb: “Qızı döyərək maşına otuzdurub ”növbə sənin atanın, qardaşının və qardaşının övladlarınındır\” deyib, əllərində olan silahın arxası ilə başına vurub yolun kənarına atıblar\”.
Məhbus partiya sədrinin qızı Musa Nağıyev adına xəstəxanada həkim nəzarətindən keçib.