Fakt

Mehmet Ağca sui-qəsd etdiyi Roma papasının qəbrini ziyarət etdi

Mehmet Ağca sui-qəsd etdiyi Roma papasının qəbrini ziyarət etdiRoma papası II İohann Pavelin qəbrinin üstünə ağ qızılgüllər düzülüb. Həmin gülləri isə ora qoyan II İohann Paveli 33 il bundan qabaq öldürməyə cəhd göstərmiş Mehmet Əli Ağca olub. Maraqlıdır ki, Əli Ağca hazırkı Roma papası Fransisklə görüşmək istədiyini bildirib.

“Reuters”in xəbərində deyilir ki, əslən türk olan Mehmet Əli Ağca 1981-ci il, mayın 13-də öldürmək məqsədi ilə II İohann Pavelə bir neçə dəfə atəş açıb və onu yaralayıb.

Ancaq II İohann Pavel sonradan onun günahını bağışladı. Ağca radikal millətçi kimi tanınır. Bozqurdlar arasında olub. Roma papası 1983-cü ildə ona qəsd etmək istəyən Ağcanı Romadakı həbsxanada ziyarət edib. Həmin vaxt Mehmet Əli Ağca ömürlük həbs cəzası hökmü ilə zindanda saxlanılırdı.

Ağca İtaliyanın gündəlik qəzeti olan “la Repubblica”ya deyib ki, 31 il öncə – elə bu vaxtlar II İohann Pavel məni həbsxanada ziyarət etdi.

Ağcanın Vatikana gəlişi faktını Müqəddəs Ata Kiro Benedettini “Reuters”lə söhbəti zamanı təsdiqləyib. O, Vatikanın mətbuat katibinin köməkçisidir. O, deyib ki, Ağca bir neçə dəqiqə II İohann Pavelin qəbri qarşısında tərpənməz halda dayanıb. Sakit şəkildə dua edib. Daha əvvəl isə o, iki dəstə ağ qızıl gül dəstəsin qəbrin üstünə düzmüşdü…

Agentlik yazır ki, Ağcanın indi 56 yaşı var, 2000-ci ildə İtaliya dövləti tərəfindən əfv edilib. Sonra Türkiyəyə göndərilib. Vətənində isə onu 1979-cu ildə törətdiyi cinayətə görə, o, bir jurnalisti qətlə yetirməkdə və digər cinayətlərdə müqəssir bilinirdi, həbs edildi. Ağca 2010-cu ildə Türkiyədə həbsdən azad edilib.

Roma papası II İohann Pavel isə 2005-ci ildə vəfat edib. Ancaq Ağcanın həyata keçirdiyi hücumun arxasında hansı qüvvələrin durduğunu müəyyən etmək mümkün olmayıb. İtaliyanın istintaq orqanları ehtimal edirlər ki, bu işin arxasında Sovet İttifaqının o vaxtkı rəhbərliyi dayanıb.

Rəsmi Vatikan isə Ağcanın Papa Fransisk ilə görüşmək istəyinə soyuq yanaşıb. Vatikanın mətbuat katibi Federiko Lombardi “la Repubblica”ya deyib: “Ağca II İohann Pavelin qəbrinin üstünə güllər düzüb. Düşünürəm ki, bu kifayət edər”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button