Fakt

Sabiq baş nazirin qızının toyuna tabut gətirdilər – FOTO

Sabiq baş nazirin qızının toyuna tabut gətirdilər - FOTOQəribə hadisə bir çoxlarını heyrətləndirib.

Dünən Ukraynanın keçmiş ban naziri Yuliya Timoşenkonun qızı Yevgeniyanın toy mərasimində qəribə olay baş verib.

Savash.org Lent.Az-a istinadən xəbər verir ki, toyda iştirak etmək üçün mərasim zalına təşrif buyuran naməlum qonaqlar öz toy hədiyyələrini orijinal şəkildə təqdim ediblər. Belə ki, həmin hədiyyələr parlaq qəhvəyi rəngli tabuta qoyularaq, yeni evlənənlərə təhvil verilib.

Ətrafına dəmir tutqaclar bərkidilmiş hədiyyə dolu tabutu bahalı xəz və yaşıl rəngli gecə paltarı geyinmiş qadın və onu müşaiyət edən qara kostyumlu kişi mərasim zalına gətizdirib. Onları cangüdənlər müşaiyət edib.

Qeyd edək ki, Yevgeniya Odessadan olan biznesmen Artur Çeçetkinə ərə gedib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button