Fakt

Bakıda erməni nömrəli avtomobil peyda olub?

Bakıda erməni nömrəli avtomobil peyda olub?Bakının mərkəzində müəmmalı nömrə ilə avtomobil idarə edən şəxs peyda olub.

AZXEBER.COM-un əməkdaşının lentə aldığı kadrlar Bakının Xətai metrosunun önündə çəkilib. Görüntülərdən bəlli olur ki, T 909 HC nömrəli \”Volkswagen\” Bakı küçələrində sərbəst şəkildə hərəkət edir. Avtomobili şəhərdə görənlər onun Ermənistan nömrə nişanlı olduğunu yazıblar. Buna səbəb nömrənin üzərində olan bayraqdır. Belə ki, Ermənistan bayrağına bənzəyən bayraq görənləri şoka salıb.

AZXEBER.COM məsələylə bağlı kiçik araşdırma aparıb və məlum olub ki, bu avtomobil Moldova dövlətinin Dnestryanı separatçı bölgəsində qeydiyyatdan keçib və bu bayraqla Moldovada yüzlərlə avtomobil var. T 909 HC nömrəli \”Volkswagen\”in Azərbaycana necə keçməsi haqda isə məlumat yoxdur.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button