Fakt

FHN özünü \”Koroğlu\” körpüsündən atmaq istəyən gənci xilas etdi – (Yenilənib)

FHN özünü "Koroğlu" körpüsündən atmaq istəyən gənci xilas etdi - (Yenilənib)
Metronun “Koroğlu” stansiyası yaxınlığında intihar etmək istəyən gənc xilas edilib.

FHN-in psixoloq heyətinin körpüdən özünü atmaq istəyən1990-cı il təvəllüdlü Şahmarov Şəhriyar Müqəddim oğlu ilə apardığı danışıqlar müsbət nəticə verib. Gənc təhlükəsizlik qaydalarına əməl etməklə körpüdən endirilib və aidiyyatı üzrə təhvil verilib.

* * *22:49

“Koroğlu” metrostansiyasının yaxınlığındakı asma körpüdə növbəti intihara cəhd hadisəsi baş verib. Körpüyə çıxan bir nəfər kişi özünü atacağı ilə hədələyir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri, polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib. Körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

APA-nın məlumatına görə, körpüdən özünü atmaq istəyən şəxs 1990-cı il təvəllüdlü Şahmarov Şəhriyar Müqəddim oğludur.

Hazırda intihar etmək istəyən şəxsi fikrindən daşındırmaq üçün danışıqlar aparılır.

Musavat.com-un hadisə yerində olan əməkdaşı 24 yaşlı gəncin intihara cəhdinin səbəbini dəqiqləşdirib. İlkin məlumata görə, Şəhriyar Şahmarov sevdiyi qızdan rədd cavabı alıb və körpüyə də bu səbəbdən çıxıb.

Başqa bir məlumata görə isə, Şəhriyar Şahmarovun tanışına 6500 manat borcu var. Onun intiharının mümkün səbəblərindən biri də budur. O, asma körpünün yanına qardaşı ilə gəlib. Qardaşlardan biri körpüyə çıxıb, digəri isə əvvəlcədən razılaşdırıldığı kimi polisə xəbər verib

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button