Fakt

Bakıda məscidi belə yandırdılar – VİDEO

Bakıda məscidi belə yandırdılar - VİDEO
Sabah bu videogörüntülər istintaq orqanına təhvil veriləcək.

Xəbər verdiyimiz kimi, Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki məsciddə yanğın baş verib.

Savash.org xəbər verir ki, bu videogörüntülər Elnur Xəlilov adlı şəxs tərəfindən Bizimyol.info saytına göndərilib.

Videogörüntülərdə bu gün Bakıda məscidin naməlum şəxslər tərəfindən yandırılması anları əksini tapıb. Gecə saatları olduğuna görə videogörüntülərin dürüstlüyünü istintaq orqanı ilə dəqiqləşdirə bilmədik və görüntülərin həqiqətən də haqqında danışılan məscidə aid olduğuna zəmanət verə bilmərik.

Sabah gündüz saatlarında bu videogörüntülər istintaq orqanına təhvil veriləcək və hüquq-mühafiqə orqanlarının bu videogörüntülərlə bağlı mövqeyi təqdim ediləcək.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button