Fakt

Azərbaycanda harada güclü zəlzələ ola bilər?

Azərbaycanda harada güclü zəlzələ ola bilər?

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi ölkə ərazisində potensial gücə malik seysmogen zonaların adlarını açıqlayıb.

Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli \”Trend\”-ə bildirib ki, ilk dəfə olaraq Azərbaycanda güclü zəlzələlərin baş vermə mümkünlüyü üzrə zonaların xəritələri hazırlanıb. Həmin xəritələrdə potensial gücə malik seysmogen zonalar qeyd edilib.

Onun sözlərinə görə, həmin zonalar Böyük Qafqazın cənub-şərq yamacı, Şamaxı-İsmayıllı, Gəncəbasar zonaları, şimal-qərb zonası (Şəki, Zaqatala, Balakən), şimal zonası (Quba, Siyəzən, Dəvəçi), Talış zonası, Naxçıvan Muxtar Respublikası və Xəzər dənizinin Azərbaycan sektorudur. Ən güclü zəlzələ zonası isə Şamaxı-İsmayıllı zonası hesab edilir.

Q.Yetirmişli deyib ki, potensial gücə malik seysmogen zonalar demək olar ki, bütün ölkə ərazisini əhatə edir: “Ümumiyyətlə, Azərbaycan özü seysmoaktiv bölgədə yerləşir. Alp-Himalay seysmik qurşağı Azərbaycandan da keçir. Zonalar var ki, həmin ərazilər maksimum 7-8 bala hesablanıb. Amma asseysmik zona söhbəti yoxdur, yəni ölkədə zəlzələdən heç tərpənməyən sahələr yoxdur”.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button