Fakt

\”Veysəloğlu\” əməkdaşına hücum: Pul dolu çanta aparıldı

"Veysəloğlu" əməkdaşına hücum: Pul dolu çanta aparıldı
Mingəçevir şəhərində şirkət əməkdaşına hücum olub, onun üzərindəki külli miqdarda pul aparılıb.

\”Report\”un verdiyi məlumata görə, \”Veysəloğlu\” Şirkətlər Qrupunun Mingəçevir filialında çalışan Abdullayev Elvin Rafiq oğlu yaşadığı binadan çıxarkən 2 nəfərin hücumuna məruz qalıb. Naməlum şəxslər zərərçəkənin əlində olan çantanı alaraq qaçıblar.

Məlumata görə, çantanın içərisində \”Veysəloğlu\” Şirkətlər Qrupuna məxsus 70 min manat vəsait olub.

Faktla bağlı araşdırma aparılır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button