Fakt

Ramin Hacılı ölkədən qaçmaq istəyərkən sərhəddə tutuldu

Ramin Hacılı ölkədən qaçmaq istəyərkən sərhəddə tutuldu
Dövlət Sərhədi Xidmətinin (DSX) sərhəd qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən iyunun 4-də Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən virtualaz.org-a verilən məlumata görə, sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azərbaycan vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlu saxlanılıb.

İlkin araşdırma zamanı R. Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona köməklik etməsini etiraf edib.

F. Qasımov tərəfindən də eyni məzmunlu ifadə verilib.

R. Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə işləyərək bu borcları qaytarmaq istədiyini bildirib.

Saxlanılmış şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb.

Xatırladaq ki, keçən il ictimai fəal Ramin Hacılıya saxta sənəd hazırladığına görə 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilmişdi.

Cinayət işinin başlanmasına səbəb kimi R.Hacılının ABŞ-a getməyə viza almaq istəyənlər üçün bu ölkənin Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsinə saxta sənədlər təqdim etməsi göstərilmişdi

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button