Fakt

Raqub Məmmədovun qardaşından reaksiya: \”O adam mən deyiləm…\”

Raqub Məmmədovun qardaşından reaksiya: "O adam mən deyiləm..."
Dünən saytımızda Göyçayda uçan körpüylə əlaqədar həbs olunmuş şirkət rəhbərlərindən birinin Ağdam rayon icra hakimiyyətinin sabiq başçısı Raqub Məmmədovun qardaşı olması ilə bağlı yazı dərc etmişdik. Sözügedən yazıda \”Titanik-5” MMC-nin təsisçisi və faktiki rəhbəri Şahin Məmmədov sabiq başçısının qardaşı kimi təqdim olunmuşdu.

Bu gün redaksiyamızla əlaqə saxlayan sabiq icra başçısının qardaşı Şahin Məmmədov məlumatın həqiqəti əks etdirmədiyini və özünün \”Titanik – 5\” MMC ilə bu və ya digər şəkildə bağlılığının olmadığını bildirib: \”Mənim yazıda qeyd olunan şirkətlə yaxından-uzaqdan heç bir bağlılığım yoxdur, hazırda da işimin başındayam\”.

Savash.org olaraq anlaşılmazlığa görə Şahin Məmmədovdan və oxucularımızdan üzr istəyirik.

Xatırladaq ki, Baş Prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar, Ekologoya və Təbii Sərvətlər nazirlikləri Göyçayda körpünün uçması ilə əlaqədar bir qrup şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı rəsmi məlumat yayılıb. Hüquqazidd əməllərə yol verdiklərinə görə \”ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov, \”Azpod” MMC-nin qum-çınqıl zavodunun direktoru Nəcməddin Əliyev, \”Elnicat” MMC-nin direktoru Bəhruz Sadayev, \”Titanik-5” MMC-nin təsisçisi və faktiki rəhbəri Şahin Məmmədov, fiziki şəxslər Natiq Zakirov, Nazim Qasımov, Nəriman Yəhyayev Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs olunublar. \”Azəraqrartikinti” ASC-nin Göyçay qum-çınqıl filialının istehsalat rəisi Allahverdi Allahverdiyev və \”Gülövşə” MMC-nin təsisçisi Mahir Allahverdiyev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. \”Attinak” MMC, \”Bayburt Qrup” Anonim Şirkəti, habelə bir sıra digər hüquqi və fiziki şəxslər barəsində araşdırmalar davam etdirilir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button