Fakt

Azərbaycanda iki qurumun adı dəyişdirildi – Prezident fərmanı

Azərbaycanda iki qurumun adı dəyişdirildi - Prezident fərmanı
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin adları dəyişdirilib.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” fərmanında əksini tapıb.

Hər iki qurumun adından “Nəzarət” sözləri çıxarılıb. Beləliklə, bu qurumlar müvafiq olaraq Dövlət Baytarlıq Xidməti və Dövlət Fitosanitar Xidməti adlanacaq.

Bu Fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

Beləliklə, Dövlət Baytarlıq Xidməti və Dövlət Fitosanitar Xidmətinin baytarlıq və fitosanitar sahələrdə nəzarət funksiyasını itirməsi, yalnız bu sahələrdə xidmət göstərməklə məşğul olacağı rəsmiləşib. Bu, həmin sahələrdə nəzarət funksiyasının Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunması ilə bağlıdır.

Qeyd edək ki, Azərbaycan prezidentinin 2017-ci il 13 noyabr tarixli fərmanına əsasən, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib. Qida Təhlükəsizliyi Agentliyi 2018-ci il yanvarın 1-dən etibarən fəaliyyətə başlayıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button