Fakt

Bakı metrosundan sərnişinlərə pis xəbər

Bakı metrosundan sərnişinlərə pis xəbər\”28 May\” metro stansiyasının girişinin istifadəyə verilməsi 3 ildən sonra mümkün olacaq\”.

Bunu ANS PRESS-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, hazırda həmin ərazidə kompleks tədbirlər görülür: \”Metropolitendə yaşıl xəttlə qırmızı xəttin ayrılması üçün plan hazırlanıb. Planın icrası üçün Fransa şirkətilə müqavilə bağlanıb. İşlər ümumilikdə 36 ay ərzində həyata keçiriləcək. İki böyük tunel qazılacaq. Tunelin hər biri 100 metr uzunluqda olacaq. İşlər mərhələli şəkildə həyata keçiriləcək. İşlərin yekunlaşmasına az müddət qalmış “28 May” stansiyası sərnişinlərin istifadəsi üçün bağlanacaq”, – deyə Nəsimi Paşayev bildirib.

Qeyd edək ki, \”28 May\” stansiyası həmin müddətdə 5 həftə bağlı qalacaq.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button