Fakt

Anasının qəbrində basdırdığı qumbaraları satanda tutuldu

Anasının qəbrində basdırdığı qumbaraları satanda tutuldu
Bakıda qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb.

Lent.az-ın məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz odlu silah və onun komponentlərini əldə edib saxlama və satmaqda təqsirli bilinən 50 yaşlı Elman Məhərrəmov 2 ədəd “F1” əl, 2 ədəd isə “RQD 5” qumbaralarının alışdırıcıları ilə birgə satarkən cinayət başında yaxalanıb.

Əvvəllər də soyğunçuluq və quldurluq cinayətləri törətdiyinə görə 3 dəfə məhkum olunmuş Elman Məhərrəmov ifadəsində bildirib ki, qumbaraları hələ məhkum olunmadan əvvəl Yasamal rayonu ərazisindən tapıb. Daha sonra sellofan torbaya bükərək qəbiristanlıqda anasının qəbrinin yanında torpağa basdırıb. Saxlanılan şəxs qeyd edib ki, bir neçə gün əvvəl həbsdən çıxdıqdan sonra qumbaraları basdırdığı yerdən çıxararaq satmaq qərarına gəlib.

Bundan başqa Baş Narkotiklərlə Mübarizə İdarəsi Cənub Regional Şöbəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında İran İslam Respublikasının vətəndaşı, 29 yaşlı Famil Şirini külli miqdarda narkotik maddə olan tiryəki satmaq istəyərkən yaxalayıblar. Famil Şirinin əlindəki bağlamadan 23 kiloqram 360 qram tiryək aşkar edilərək maddi sübut kimi götürülüb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat tədbirləri davam etdirilir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button