Fakt

DİN-in İKİ BAŞ İDARƏSİNƏ RƏİS TƏYİN EDİLDİ – Nazirlikdə növbəti kadr islahatları

DİN-in İKİ BAŞ İDARƏSİNƏ RƏİS TƏYİN EDİLDİ – Nazirlikdə növbəti kadr islahatlarıDaxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərik etdiyi strukturda kadr islahatlarını davam etdirir.

Strateq.az hüquq-mühafizə orqanlarına yaxın mənbələrə istinadla xəbər verir ki, bu gün Daxili İşlər nazirinin əmriylə Lənkəran Şəhər Polis İdarəsinin rəisi, polkovnik İslam Hümbətov DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi təyin edilib.

Nazirin bir başqa əmriyləsə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayev İnterpolun Milli Mərkəzi Bürosunun (baş idarə səlahiyyətli) rəisi təyin edilib.

Xatırladaq ki, İnterpolun Milli Mərkəzi Bürosunun bundan qabaqkı rəisi general-mayor Mehman Təhməzov bir müddət əvvəl yaş həddi ilə əlqədər təqaüdə göndərilib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button