Asif Yusifli azadlığa çıxdı
AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusifli həbsdən azad olunub.
Savash.org xəbər verir ki, onun həbs müddəti başa çatıb və bu gün azadlığa çıxıb.
A.Yusifli 2014-cü il noyabrın 25-də saxlanıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib. Ali Məhkəmə işdə olan yüngülləşdirici halları nəzərə alaraq, 62-ci (minimum cəzadan aşağı hədd) maddəni tətbiq edib və cəza müddətini 6 ilə endirib. Qanuna dəyişikliklərdən sonra cəza 1 il də azaldılıb.
İttihamda yazılıb ki, zərərçəkmiş Fəridə Zülfüqarova Təhsil Nazirliyinin əməkdaşı Rafiq Hüseynova çatdırmaqdan ötrü A.Yusifliyə 6 min 500 manat verib.