Fakt

Metronun iş saatı uzadıldı – Sərnişinlərin nəzərinə

Metronun iş saatı uzadıldı - Sərnişinlərin nəzərinəBu gün Avropa Liqasının qrup mərhələsinin sonuncu turunun \”Qarabağ\” – \”Düdelanj\” qarşılaşmasına yollanacaq azarkeşlər üçün Bakı metrosu gücləndiriləcək iş rejimində çalışacaq.

Savash.org xəbər verir ki, bu barədə \”Bakı Metropoliteni\” QSC-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Bəxtiyar Məmmədov məlumat yayıb.

Bildirilir ki, qarşılaşmanı arenadan canlı izləyəcək tamaşaçılar 00:30-a qədər metropolitenin \”Gənclik\” stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər. Digər stansiyaların girişi adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:55-də başlayacaq.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button