Fakt

Rüşvət alan yol polisi haqda rəsmi açıqlama

Rüşvət alan yol polisi haqda rəsmi açıqlamaSosial şəbəkələrdə yol polisinin yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılıb.

Videodan yol polisinin yük maşınlarının sürücülərindən \”postun pulu\” adı ilə 10 manat istərən YPX əməkdaşı əks olunub.

Məsələyə aydınlıq gətirmək üçün Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. BDYPİ-nin HTT və İQƏŞ-nin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev BAKU.WS-ə açıqlamasında bildirdi ki, təqdim olunmuş video görüntüyə baxış keçirilib.

“Yayılan video ilə bağlı araşdırma aparılacaq. Araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək”, – deyə Rüfət Quliyev bildirib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button