Fakt
AMEA-nın birinci vitse-prezidentləri onlar oldular
Xəbər verdiyimiz kimi dekabrın 28-də AMEA-nın illik ümumi yığıncağı çərçivəsində akademiyanın birinci vitse-prezidentləri vəzifələrinə seçkilər keçirilib.
Savash.org AZƏRTAC-a istinadən xəbər verir ki, səsvermə nəticəsində akademik İsa Həbibbəyli AMEA-nın humanitar və ictimai elmlər üzrə birinci vitse-prezidenti, akademik İbrahim Quliyev təbiət və dəqiq elmlər üzrə birinci vitse-prezidenti seçiliblər.
Qeyd edək ki, indiyədək AMEA-da ancaq vitse-prezident vəzifəsi vardı.
Bu il oktyabrın 23-də AMEA-nın rəhbəri dəyişib. Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev AMEA prezidenti seçilib. Mehdiyev bu vəzifəyə seçiləndən sonra AMEA-da bir sıra islahatlar həyata keçirilib.