Fakt
Oqtay Gülalıyevdən şad xəbər: \”Whatsap\”la görüntülü danışır
Xəbər vermişdik ki, Türkiyənin İstanbul şəhərindəki Amerikan Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev gözlərini açıb.
Hüquq müdafiəçisinin səhhətində irəliləyiş davam edir.
Savash.org-un unikal.org-a istinadən məlumatına görə, O.Gülalıyev yaxınları ilə \”whatsapp\” vasitəsi ilə əlaqə qurmağa başlayıb.
Bildirilir ki, o, \”whatsap\” görüntüsü ilə danışarkən, deyilənləri hiss edir, başını silkələyir. Amma sualları hələlik cavablandıra bilmir.
O hüquq müdafiəçisi olan dostu Taleh Xasməmmədovla da \”whatsap\” vasitəsi ilə əlaqə saxlayıb.