Fərhad Əliyevin 45 yaşlı qardaşı qəfildən öldü
Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə ağır itki üz verib.
İslamazeri.az saytının əldə etdiyi məlumata görə, F.Əliyevin sonuncu qardaşı Əliyev Sudeif Şölət oğlu bu gün saat 11:30 radələrində qəflətən vəfat edib. Mərhumun ürək ağrısından əziyyət çəkdiyi bildirilir.
Mərhum bu gün səhər saatlarında özünü yaxşı hiss etsə də sonradan ürəyində ağrıların hiss etdiyini bildirib. Daha sonra özünü evlərinin yaxınlığında yerləşən Alar kənd tibb məntəqəsinə çatdırıb. O, elə xəstəxananın həyətində dünyasını dəyişib.
Virtualaz.org saytının Cəlilabadın Alar kənd sakinlərindən əldə etdiyi məlumata görə, S.Əliyev səhhətindən şikayətlənmirmiş. O, bu gün səhər saatlarında kənd dükanından alış-veriş edib geri qayıdarkən özünü pis hiss edib. Özünü kənd tibb məntəqəsinə çatdırıb, amma elə pilləkənlərin üstündə də keçinib.
Qeyd edək ki, 1970-ci il təvəllüdlü mərhum S.Əliyev ailəli idi, iki övladı var. S.Əliyev 1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdi. Qardaşlarının geniş maddi imkanlarına baxmayaraq ailənin sonbeşiyi kimi Alar kəndində – ata yurdunda yaşayırdı. Bizneslə məşğul idi.